previous arrow
next arrow
Slider

 

ANA SƏHİFƏ

BAKU ATTORNEYS & CONSULTANTS (BAC) Azərbaycanda fəaliyyət göstərən hüquq şirkətidir. Bizim hüquq şirkəti geniş sahədə təcrübəyə, peşəkarlığa və yüksək ixtisasa malik vəkil və məsləhətçilərdən təşkil edimişdir. Bizim hüquqşünas və vəkillər Azərbaycanda hüquq xidmətləri göstərmək hüququna malik olmaqla yanaşı, qəliz və yüksək əhəmiyyətə malik yerli və beynəlxalq xarakterli əməliyyatların həyata keçirilməsində çox böyük təcrübəyə malikdirlər. Bizim mütəxəssislər ABŞ, Birləşmiş Krallıq və Avropa İttifaqının tanınmış təhsil müəssisələrini bitirmişlər.

Bizim hüquq şirkəti korporativ hüquq və hüquqi şəxsin yenidən təşkili, vergi hüququ, bank və maliyyə hüququ, energetika və təbii sərvətlər hüququ, əqli mülkiyyət hüququ, media və idman hüququ, cinayət hüququ, məhkəmə çəkişmələri və borcun qaytarılması, daşınmaz əmlak və tikinti, miqrasiya və məşğulluq kimi xidmətlər də daxil olmaqla, Azərbaycanda hüquq, biznes məsləhəti, vergi və mühasibatlıq xidmətlərini təqdim edir.

BAKU ATTORNEYS & CONSULTANTS (BAC) özəl hüquq şirkətidir və heç bir digər şirkət, müəssisə və dövlət orqanı ilə əlaqəli deyildir. Biz hər bir zaman yerli və beynəlxalq səviyyəli dövlət və özəl müəsissələr ilə yaxşı işgüzar münasibətlər saxlayır və bizim başlıca prinsipimiz müştərinin biznesinə dəyər qatmaqdan ibarətdir.