BİZ KİMİK

Cənab Qalib Məmmədov

İdarəedici Partnyor

g.mammadov@batco.az

Qalib Məmmədov yeddi ildən çox təcrübəyə malikdir və bizim hüquq şirkətinin idarəedici partnyorudur. O vaxtı ilə Azərbaycanın qabaqcıl hüquq şirkətlərində və regionunun ən böyük şirkətlərindən biri olan SOCAR-da çalışmışdır.

Cənab Məmmədov əsasən korporativ hüquq, biznesin yaradılması və inkişafı, borcların yığılması, müqavilə hüququ, əmək hüququ, əqli mülkiyyət hüququ, neft və qaz hüququ, mübahisələrin həlli, daşınmaz əmlak və idman hüququ ilə bağlı məsləhət verir. Qalib bakalavr dərəcəsini Bakı Dövlət Universitetindən, magistr dərəcəsini isə ABŞ-ın Vaşinqton Universitetindən almışdır.

Cənab Fuad Əliyev

Partnyor

f.aliyev@batco.az

Fuad Əliyev hüquq xidmətlərinin göstərilməsində on iki ildən çox təcrübəyə malik bizim hüquq şirkətinin təsisçi-partnyorlarından biridir. O vaxtı ilə Azərbaycanın ən öndə gedən hüquq şirkətlərində, Azərbaycan Mərkəzi Bankında və Beynəlxalq Valyuta Fondunda çalışmış və Azərbaycanın mühüm dənizçilik şirkətlərinin birində korporativ məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

Cənab Fuad Əliyev əsasən korporativ hüquq, mübahisələrin həlli, məhkəmə çəkişmələri, bank hüququ, daşınmaz əmlak, neft və qaz hüququ, vergi, telekommunikasiya, birləşmə və satınalma, kiber təhlükəsizlik və məlumat təhlükəsizliyi və eləcə də idman hüququ ilə bağlı məsələlər üzrə məsləhət verir. Fuad, ABŞ-ın Corctaun Universitetinin Hüquq Mərkəzindən Beynəlxalq Biznes və İqtisadiyyat Hüququ üzrə magistr dərəcəsi əldə etmiş və Bakı Dövlət Universitetinin bakalavr dərəcəsi üzrə hüquq fakültəsini bitirmişdir. O Birləşmiş Krallıq tərəfindən akkreditə edilmiş müqavilə üzrə vəkil (CCDNM™) statusu daşıyır və eləcə də,  mötəbər yerli universitetlərin birində mühazirəçidir.

Cənab Kamil Hüseynov

Partnyor

k.huseynov@batco.az

Kamil Hüseynov hüquq xidmətlərinin göstərilməsində 10 ildən çox təcrübəyə malik bizim hüquq şirkətinin təsisçi-partnyorlarından biridir. O, müxtəlif öndə gedən hüquq şirkətləri və Azərbaycanın müxtəlif dövlət orqanlarında çaılşmışdır.

Cənab Kamil Hüseynov əsasən məhkəmə çəkişmələri, korporativ, maliyyə, bank, vergi və əmək hüququ, müəlliflik hüquqları, antiinhisar və rəqabət hüququ, eləcə də, ailə hüququ sahəsində hüquqi məsləhətlər verir. O, Beynəlxalq kommersiya hüququ üzrə magistr dərəcəsinə malikdir.

Cənab Elvin Allazov

İnvestisiya Məsləhətçisi

e.allazov@batco.az

Elvin Allazov bizim şirkətin biznes analitiki kimi fəaliyyət göstərir. Onun investisiya fondlarının idarə edilməsi, daşınmaz əmlak üzrə investisiya, portfolyo analizi və maliyyə xidmətlərinin göstərilməsində Bakı, Frankfurt və Londonu əhatə edən təcrübəsi var. O, eləcə də, biznesin təşkili və maliyyə üzrə bir sıra biznes məktəblərində mühazirələr deməkdədir.

Cənab Elvin Allazov əsasən müxtəlif sektorlar üzrə biznesin planlaşdırılması və strategiyanın müəyyən edilməsi, idarəetmə presentasiyaları və məlumat memorandumlarının hazırlanması, bazar araşdırması, maliyyə analizi və maliyyə modelləşdirilməsi üzrə ixtisaslaşmışdır. O, Frankfurt Universitetinin Maliyyə üzrə magist dərəcəsinə və Azərbaycan İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat üzrə bakalavr dərəcəsinə malikdir.