PRO BONO

İctimai Xidmətlər və Pro Bono hüquqi xidmətlərinin göstərilməsi BAKU ATTORNEYS & CONSULTANTS hüquq şirkətinin başlıca istiqamətlərindən biridir. Biz fəxrlə bildiririk ki, bizim vəkil və hüquqşünaslarımız fərdi vətəndaşlarla yanaşı, vəsaitləri məhdud olan müxtəlif müəssisə və təşkilatlara ictimai xidmətlər çərçivəsində hüququn müxtəlif sahələri üzrə pulsuz xidmətlər göstərməkdədir.

Bizim Pro Bono fəaliyyətimizin əsas məqsədi cəmiyyətimizin ehtiyacı olan üzvlərinin həyatına az da olsa bir dəyər qatmaq və onların ən yaxşı hüquqi təmsilçiliyə malik olmalarını təmin etməkdir. Biz hər bir zaman öz vəkil, hüquqşünas və təcrübəçi əməkdaşlarımızı Pro Bono fəaliyyəti çərçivəsində insanlara köməklik göstərməyə həvəsləndiririk.